Göygöldə "KamAZ" aşıb, iki nəfər ölüb

Göygöl rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın məlumatına görə, "KamAZ" markalı yük avtomobilinin Dozular kəndində dərəyə aşması nəticəsində hadisə yerində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.  Xəsarət alan şəxlsərdən Gəncə sakini, 1983-cü il təvəllüdlü Eldar Fərzəliyev xəstəxanaya aparılarkən yolda keçinib. Avtomobilin sürücüsü, Kəlbəcər rayon sakini Zeynalov Əhəd Yusif oğlu isə xəstəxanaya çatdırılıb, vəziyyəti normaldır.

 

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri