Aynur Dadaşova efirdən niyə gedib? – AÇIQLADI




Müğənni Aynur Dadaşova “APA TV”-nin “Show time” verilişində qonaq olub.


LIVE.az-ın məlumatına görə, ifaçı niyə sənətdən getməsinin səbəblərindən danışıb:


“Mən sənətə qayıdan kimi barəmdə söz-söhbətlər başlayır. Bildiklərini, bilmədiklərini yazmağa başlayırlar. Həyatda söz-söhbəti xoşlayan insan deyiləm. Özümə aid bir sözüm olanda da onu açıqlamaq istəmirəm. Yüngül şeylərlə gündəmə gəlməyi xoşlamıram. Tamaşaçıların fikri ilə deyirəm, gözəl səsim, mahnılarım, səhnə mədəniyyətim var. Bütün bunlar müğənnini sevdirə bilər. Yoxsa mənim şəxsi həyatım barədə yazılanlarla gündəmə gəlmək istəmirəm. Tamaşaçıların öz problemləri özlərinə bəsdir. Məni tanıyanlar bilir ki, çalışıram ki, pislik etməyim. Hər dəfə söz-söhbət olanda çəkinirdim və elə vaxt da olurdu ki, ağlayırdım. Sonra elə insanlar haqqında yazılar oxudum ki, özümə təskinlik verdim”.


Müğənni daha sonra bildirib ki, zamanında silsilə konsertlər reallaşdırıb: “Düz 1 həftədə 23 konsert vermişəm. Gəncə şəhərində elə konsert vermişdi ki... Hələ bu günə qədər elə bir konsert görməmişəm. Yəni indiyənə qədər elə konsert verən müğənni görmədim. Yalan nə deyim. Düz 100 nəfər mühafizəçi bizi qoruyurdu. Necə mən yaddan çıxan müğənni ola bilərəm ki? Çünki mən tamaşaçı sevgisini görmüşəm. Ona görə də mən 5-10 il də efirə çıxmasam, Aynur Dadaşovayam.








 
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri