Əlillik dərəcəsinin müəyyənləşdirilməsi məsələsi ASAN Xidmətə verilə bilər
- 31.05.2018, 19:12,
- Cəmiyyət / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda əlilliklə bağlı problemlərin, əlillik dərəcəsinin müəyyənləşdirilməsi məsələsinin ASAN Xidmətə verilməsi təklif olunub.
Bu təkliflə Milli Məclisin birinci vitse spikeri Ziyafət Əsgərov bu gün keçirilən plenar iclasda çıxış edib.
“Əgər ASAN Xidmətin texniki imkanları cavab verirsə, bu məsələni birdəfəlik ona həvalə edək. Bunu birdəfəlik ASAN Xidmətə verək. Bu problem birdəfəlik bitsin, bizim də canımız qurtarsın. Nazirliyin də canı qurtarsın, məsələ də həllini tapsın”, - deyə o vurğulayıb.
APA