Fransa və Almaniya ABŞ-ın yeni rüsumlarını qanunsuz adlandırıblar

Fransa prezidenti Emmanuel Makron ABŞ-ın polad və alüminiuma idxal rüsumlarının tətbiq edilməsinə dair qərarını qanunsuz adlandırıb.  
 
APA-nın “BFMTV”-yə istinadən verdiyi xəbərə görə, Makron  rüsumları qeyri-qanuni, onların tətbiqini isə yanlışlıq adlandırıb.  
 
Almaniya XİN-i bu mövqeni dəstəkləyib: “Bizim nöqteyi-nəzərdən amerikalıların bu birtərəfli addımı qanunsuzdur”.  
 
Almaniya XİN rəhbəri Hayko Maas bəyanatına əsasən, Aİ ABŞ-ın addımlarına cavab tədbirləri  görməyə hazırdır.  
Şərhlər
Dünya bölməsinin xəbərləri