Bakı-Qazax yolunda qəzaya düşən avtobusun sərnişinləri Qoridən gələn məktəblilər və onların valideynləri olub
- 01.06.2018, 15:43,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı-Qazax yolunda qəzaya düşən turist avtobusunun sərnişinləri orta məktəb şagirdləri və onların valideynləri olub.
Gürcüstanın Qori şəhərindən olan orta məktəb şagirdləri və onların valideynləri Bakıya ekskursiyaya yollanıblar.
Avtobusda olan 20 uşaq və 10 valideyn müxtəlif dərəcəli xəsarətlər alıb.
///
Bakı-Qazax yolunda sərnişin avtobusu “KamAZ” markalı yük maşını və “Mercedes” markalı avtomobillə toqquşub.
Avtobusda Tbilisidən Bakıya gələn 54 turist olub. Onlardan 20-yə yaxını xəsarət alıb.
Yük maşını və minik avtomobili ilə toqquşan avtobus yoldan çıxaraq kənardakı yaşıllıq zonasına girib.
Xəsarət alanlar Hacıqabul, Şirvan və Ələtdəki xəstəxanalara çatdırılıb.
APA