Dənizkənarı Milli Parkda Avropa Şəhərciyi təşkil olunub
- 03.06.2018, 01:55,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və üzv dövlətlərin səfirlikləri tərəfindən Dənizkənarı Milli Parkda Avropa Şəhərciyi təşkil olunub.
Şəhərcikdə üzv ölkələrin stendləri qurulub.
Açılış mərasimində çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev deyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş bu tədbir Azərbaycanla Aİ arasında əməkdaşlığın işbirliyinin gözəl nümunədir: “Azərbaycan multikultural dəyərlərə malik, öz siyasətini mədəniyyətlərarası və dinlərarası dialoq üzərində quran bir ölkədir. Azərbaycan dünya mədəniyyətlərinin qovuşduğu yer kimi qəbul oluna bilər. Biz ümid edirik ki, Aİ ilə Azərbaycan arasında tətbiq olunan layihələr əməkdaşlığın güclənməsinə təkan verəcək”.
Daha sonra çıxış edən Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib ki, Ai ilə Azərbaycan hazırda yeni tərəfdaşlıq qurur, danışıqlar aparır: “Bizi bir-birimizə bağlayan çoxsaylı layihələr var. Biz Azərbaycanla işləyərək körpülər yaratmağa çalışırıq. Gənc nəsillə işləyirik. Müxtəlif sahələrdə müxtəlif layihələr həyata keçiririk. Bu kimi tədbirlər əlaqələri genişləndirmək, bir-birinin mədəniyyətini öyrənmək, kəşf etmək, dili öyrənmək üçün imkan yaradır. Bunlar tərəfdaşlığımızın genişlənməsinin təməlini təşkil edir".
Tədbir axşama kimi davam edəcək və sonda konsert təşkil olunacaq.
Mənbə: APA
Foto: AZƏRTAC