Uşaqların Müdafiəsi günü Park Cinema-da qeyd olunub
- 03.06.2018, 13:19,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
1 iyun tarixində Azərbaycanda Uşaqların Müdafiəsi günü kimi qeyd olunur. Ölkənin hər yerində bununla bağlı tədbirlər təşkil edilir, uşaqlar əylənir və sevinir, məhz bu gündə insanlar dünyanın ən qayğısız gününü qeyd edir. Park Cinema həmçinin bu günə biganə qalmayaraq kimsəsiz uşaqlara əsil bayram sevinci yaşatdı. Balacaları Flame Towers-da bir araya toplayaraq "Dünya gözəli şəhzadə" cizgi filminin nümayişi təşkil etmişdir, həmçinin uşaqlara şirniyyatlar paylanılmış, oyunlar və fotosessiya keçirilmişdir.
Gözəl şahzadə hər bir qızın xəyalıdır, o ki qalmışdı dünyalar gözəli. Bu qeyr-adi vergi ona hələ doğulduğunda verilib: qızalr onun gülüşü naminə hər şeyə hazırdırlar, lakin bu verginin əvəzi dindar kişilərin nifrətidir. İşlər bu cür davam edə bilməz, çünki vergi get-gedə lənətə çevrilir. Dünyalar gözəli Şahzadənin Krallığı özündən xilas etmək üçün cəmi üç günü var... Cizgi filmi hər kəs tərəfindən bəyənilmiş, uşaqlara gülünc və müsbət təəssürat bəxş etmişdir.
Nəticədə uşaqlar tədbirimizdən sevincli şəkildə ayrıldı, Park Cinema komandası isə bu kimi tədbirlərin tez-tez keçiriləcəyini bildirdi.
Qeyd edək ki, Park Cinema – Azərbaycanda müasir çoxzallı kinoteatrların ən iri milli şəbəkəsidir. Hazırda şəbəkəyə Park Bulvar, Metro Park, Zagulba Mall ticarət və əyləncə mərkəzlərində, ölkədə yeganə IMAX formatlı nümayişlərin təqdim olunduğu Flame Towers, həmçinin Masallı, Quba və Mingəçevir kimi regionlarda yerləşən kinoteatrlar və Amburan Beach Club-da yerləşən yay kinoteatrı daxildir.»