Kim Çen In hərbi rəhbərliyi dəyişib
- 04.06.2018, 13:35,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Şimali Koreya lideri Kim Çen In ölkənin hərbi rəhbərliyinin üç nümayəndəsini dəyişdirib.
APA-nın “Renhap” informasiya agentliyinə istinadən verdiyi xəbərə görə, Koreya Xalq Demokratik Respublikasının (KXDR) xalq silahlı qüvvələr naziri Pak En Zik, Koreya Xalq Ordusunun Baş Qərargah rəisi Li Men Su, eyni zamanda ordunun Baş Siyasi İdarəsinin rəisi Kim Çon Qak vəzifələrindən azad ediliblər.
Bu qərarın ABŞ prezidenti Donald Trampla iyunun 12-də Sinqapurda keçirilməsi gözlənilən görüşlə bağlı olduğu güman edilir. Mənbələr bildirir ki, vəzifədən azad edilən şəxslər ölkənin siyasi kursunun dəyişməsinə və nüvə silahından imtina edilməsinə qarşı çıxırmışlar.
Digər məlumata görə, isə Kim Çen In bu qərarla sadəcə hərbi rəhbərliyin gəncləşdirlməsi məqsədi güdür.