Şou-biznesə yeni qayıdan müğənni Aynur Dadaşova bu aləmdə olan düşmənləri barədə danışıb.
LİVE.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə qonaq olan ifaçı bildirib ki, şou-biznesdə düşmənləri var: “İmam Əlinin belə bir sözü var ki, əgər insanın düşməni yoxdursa, demək ki, o heç zaman sözün düzünü demir. O adamın düşməni olur ki, sözün düzünü deyir. Hamı hamını sevə bilməz. Mən məcbur edə bilmərəm i, bütün tamaşaçı məni istəsin. İstəyən də, istəməyən də sağ olsun. Düşməni olmayan adam var? Düşmən o kəsə deyərəm ki, gəlsin üzümə desin və mənlə düşmənçilik aparsın. Əgər hünəri varsa. Yoxsa siçovul kimi ayağımın altında dolaşırsa, demək ki, zəif insandı. Əgər özünü güclü bilirsənsə, çıx qarşıma, mənlə düşmənçilik apar. Barəmdə nə danışırlarsa, hamısını eşidirəm və deyirəm ki, Allah görür. Amma mənə pis olana da yaxşı olmuşam”.