Goranboyda su üstündə dava düşüb, bir nəfər yaralanıb
- 12.07.2013, 20:50,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Goranboyda suvarma suyu üstündə dava düşüb, nəticədə bir nəfər ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Goranboy rayon Polis Şöbəsinin müstəntiqi Həsən İsmayılovun APA-nın verdiyi məlumata görə, hadisə rayonun Şıxlar kəndində baş verib.
Kənd sakini, 1979-cu il təvəllüdlü Elşən Məmmədovla həmkəndliləri - 1991-ci il təvəllüdlü Pərviz və 1994-cü il təvəllüdlü Sərxan Qasımov qardaşları arasında suvarma suyunun bölüşdürülməsi üstündə mübahisə düşüb. Müstəntiqin dediyinə görə, mübahisədən sonra qardaşlardan Sərxan Qasımov “VAZ-2106” markalı avtomobillə Elşən Məmmədovu vurub və o, ağır bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Yaralının səhhətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır. Hadisədə iştirak edən Sərxan və Pərviz qardaşları dindirilib, qəzada iştirak edən avtomobil Polis Şöbəsinə aparılıb.