Riçard Morninqstar: ABŞ ATƏT-in Minsk qrupunda fəaliyyətini artıracaq

Riçard Morninqstar: ABŞ ATƏT-in Minsk qrupunda fəaliyyətini artıracaq ABŞ ATƏT-in Minsk qrupunda fəaliyyətini artıracaq və əlindən gələni edəcək ki, Dağlıq Qarabağ münaqişəsinin yekun həlli imkanlarını artırsın.


Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Minsk qrupunun həmsədrləri və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla Vyanada keçirəcək görüşünü şərh edərkən bildirib.
Səfir əlavə edib ki, bu münaqişə Azərbaycan xalqı üçün ağrılı-acılı və önəmli bir problemdir.


Moldova ombudsmanı Aureliya Qriqoriunun Ermənistan parlamentində çıxışından sonra üzləşdiyi təhdid və təqibləri şərh edən səfir Morninqstar bildirib ki, o bu məsələdən xəbərdardır:
"Mənim vəzifəmi nəzərə alaraq, bu məsələ ilə bağlı hər hansı bir şərh verməməyim daha yaxşı olardı. Bu məsələnin Moldova, Ermənistan və Azərbaycan arasında həll olunması daha məqsədəuyğun olardı".
Şərhlər
Siyasət bölməsinin xəbərləri