Saatlıda 23 nəfər kimyəvi maddədən zəhərlənib

Saatlıda pambıq tarlasında kütləvi zəhərlənmə baş verib.
 
Hadisə rayonun Smada kəndində pambıq tarlasında qeydə alınıb.
 
Tarlada işləyən 23 nəfər  kimyəvi zəhərlənmə diaqnozu ilə Saatlı rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.  Onların pambıq tarlalarında alaq otlarına qarşı mübarizə aparmaq məqsədi ilə istifadə edilən kimyəvi maddədən zəhərləndikləri bildirilir.
 
Zəhərlənənlər Sabirabad rayonunun Nəsimi kənd sakinləridir.  Rayona Bakı şəhəri Toksikologiya Mərkəzinin həkim briqadası  ezam olunub.
 
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


APA
Şərhlər
Hadisə bölməsinin xəbərləri