Bakıda özəl bağçada görünməmiş rəzalət - Uşaqlara işgəncə verilir - VİDEOFAKT



Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakıda uşaq bağçalarından birində tərbiyəçinin uşaqlara qarşı zorakılıq etməsini özündə əks etdirən görüntülərə münasibət bildirib.

 

Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov APA-ya açıqlamasında deyib ki, uşaq bağçasının yerləşdiyi ərazinin və uşaqlara qarşı zorakılığı törədən şəxs və ya şəxslərin müəyyənləşdirilməsi istiqamətində aidiyyəti qurumlarla birgə araşdırmaya başlanılıb.

 

E. Səfərovun qeyd edib ki, araşdırmanın nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək: “Yayılan görüntülərlə bağlı müvafiq dövlət qurumları ilə əlaqə saxlanılıb, araşdırmalar aparılır. Uşaqlara qarşı zorakılıq yolverilməzdir. Uşaqlara xidmət göstərilən xüsusi müəssisələrdə peşəkar kadrlar çalışmalı, onların sosial-psixologiya sahəsində təhsilləri olmalıdır”.

 

Qeyd edək ki, sosial şəbəkələrdə Bakıda yerləşən özəl bağçalardan birində uşaqların tərbiyəçi tərəfindən zorakılığa məruz qalması ilə bağlı görüntülər yayılıb.

 

Görüntülər müxtəlif tarixlərdə müşahidə kameraları tərəfindən lentə alınıb.




“Kids Studio” uşaqlara işgəncə verilməsi faktlarının əks olunduğu video barədə məlumat verib.

“Kids Studio”dan Oxu.Az-a bildirilib ki, müəllim uşağa işgəncə verməyib:

“Sadəcə, silkələyib. Görüntü sürətli kadrla verildiyi üçün müəllimin uşağa qarşı rəftarı daha da aqressiv görünür. Həmin müəllim artıq işdən çıxarılıb”.

Bağçadan qeyd edilib ki, videonu bağçanın işçisi yayıb:

“Həmin görüntüləri bağçadan oğurluq etdiyi üçün işdən çıxarılan resepşndakı qız qəsdən yayıb. Onda adminin parolu var və videonu götürə bilib”.

///


Bakıdakı məşhur özəl bağçalardan birində uşaqlara qarşı kobud rəftar, təhqir və işgəncə faktlarının açıq-aşkar əks olunduğu video-görüntü daxil olub.

Görüntülər müxtəlif günlərdə təhlükəsizlik kameraları tərəfindən lentə alınıb. Məlum olub ki, hər gün uşaqlara dözülməz zülm yaşadırlar.

LIVE.Az azxebercom-a istinadən xəbır verir ki, həmin bağçanın müvafiq icra hakimiyyəti orqanından lisenziyası da yoxdur.

Həmin bağçanın adını bilsək də, hazırda dəqiqləşdirilmələr aparıldığı üçün, hələ ki, bu barədə informasiya vermirik. Bununla bağlı tərəfimizdən araşdırma aparılır və yaxın saatlarda həmin özəl bağçanın adını ictimaiyyətə açıqlayacağıq. Hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunduğu deyilir.

Maraqlıdır ki, lisenziyası olmayan və psixoloji durumu yoxlanılmayan bir şəxsin uşaqlara xidmət göstərməsinə kim icazə verib?!



 
Şərhlər
Sosial bölməsinin xəbərləri