Azərbaycan ərazisində havanın temperaturu nisbətən yüksələcək

Azərbaycan ərazisində havanın temperaturu nisbətən yüksələcək Sabah Azərbaycan ərazisində havanın temperaturu nisbətən yüksələcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, iyulun 13-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Sabah gündüz şimal-qərb küləyi tədricən cənub-şərq küləyi ilə əvəzlənəcək.


Bakıda sabah gecə 22-24, gündüz 34-36 dərəcə isti proqnozlaşdırılır.


Azərbaycanın rayonlarında iyulun 12-13-nə keçən gecə və səhər əsasən dağlıq, dağətəyi rayonlarda şimşək çaxacaq, qısamüddətli yağış yağacağı ehtimalı var. Gündüz əsasən yağmursuz olacaq, qərb küləyi əsəcək.


Havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacaq.
Şərhlər
Sosial bölməsinin xəbərləri