Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar üzrə proqnoza tam əməl edilməyib
- 13.06.2018, 12:33,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
2018-ci ilin yanvar-aprel ayları üzrə Azərbaycan Respublikasının dövlət büdcəsi gəlirlərinin icrasına dair (operativ) məlumat açıqlanıb.
Bu ilin 4 ayı ərzində büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 108,9 mln. manat olub. Bu, proqnoz tapşırıqdan 31,9 mln. manat və ya 22,7% azdır.
Qeyd edək ki, 2018-ci ilin dövlət büdcəsində büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 140,8 mln. proqnozlaşdırılıb.
Xatırladaq ki, ötən ilin yanvar-aprel aylarında büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 91,7 mln. manat olub.
APA