Mədəniyyət və Turizm Nazirliyi lisenziyası olan mehmanxanaların sayını açıqladı
- 12.07.2013, 20:55,
- Iqtisadiyyat / Əsas
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ölkədə lisenziya ilə işləyən mehmanxana və mehmanxana tipli obyektlərin sayını açıqlayıb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, ölkədə 197 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir. Onların çoxu - 96-sı Bakı və Abşeron yarımadasında yerləşir. Lisenziya ilə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin qalanları ölkənin digər şəhər və rayonlarında yerləşir. Sumqayıtda 2, Şabranda 1, Qubada 6, Qusarda 5, Xaçmazda 26, Balakəndə 2, Zaqatalada 3, Qaxda 4, Şəkidə 7, Qəbələdə 2, İsmayıllıda 17, Mingəcevirdə 1, Göycayda 2, Bərdədə 1, Ağdaşda 1, Kürdəmridə 2, Biləsuvarda 2, Cəlilabadda 2, Masallıda 30, Goranboyda 3, Naftalanda 2, Gədəbəydə 4, Şəmkirdə 1, Tovuzda 6, Ağstafada 1, Naxçıvan Muxtar Respublikasında 4 mehmanxana və mehmanxana tipli obyekt lisenziya ilə fəaliyyət göstərir.
Nazirlik Azərbaycan daxilində istirahət etməyi planlaşdıran vətəndaşlara ölkə ərazisində yalnız Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mehmanxana fəaliyyətinə verilmiş lisenziya əsasında fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərə müraciət etmələrini tövsiyə edir.