DÇ-2018: Portuqaliya – İspaniya 6 qol
- 16.06.2018, 00:41,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
DÇ-2018: Portuqaliya – İspaniya – 3:3
Rusiyada futbol üzrə dünya çempionatı davam edir.
Son Avropa çempionu Portuqaliya iki gün əvvəl baş məşqçisini dəyişən İspaniya ilə üz-üzə gəlib. Qrup liderliyinə iddialı iki komandanın oyunu bol qollu olub. Hərəyə 3 qol vuran rəqiblər hərəyə 1 xalla kifayətləniblər.
Portuqaliyanın heyətində Kristiano Ronaldo het-trik edərək matçın taleyini təyin edib.
Dünya çempionatı
Qrup mərhələsi, I tur
15 iyun
B qrupu
Portuqaliya – İspaniya – 3:3
Qollar: Ronaldo, 4 (pen.), 45, 88 - Dieqo Kosta, 25, 55, Naço, 58.
Soçi, “Fişt” stadionu
///
DÇ- 2018: Mərakeş - İran - 0:1
Rusiyada futbol üzrə dünya çempionatı davam edir.
“B” qrupunda İran yığması Mərakeşlə qarşılaşıb.
Günün ilk matçında olduğu kimi bu oyunun da taleyini bir qol həll edib. Mərakeşli müdafiəçi Aziz Buhadduz oyuna əlvə edilmiş 4-cü dəqiqədə avtoqolla komandasının məğlubiyyətinə səbəb olub.
Dünya çempionatı
Qrup mərhələsi, I tur
15 iyun
B qrupu
Mərakeş – İran - 0:1
Qol: Aziz Buhadduz, 90+4 (avtoqol)
Sankt-Peterburq, “Krestovski” stadionu
///
DÇ-2018: Misir – Uruqvay - 0:1
Azarkeşlər bu dəfə 3 qarşılaşmaya şahidlik edəcəklər.
İlk olaraq meydana Misirlə Uruqvay çıxıb. A qrupunda növbəti mərhələyə namizədlər arasında göstərilən komandaların mübarizəsində azarkeşlər tək qola şahidlik ediblər. Birincilərin lideri Məhəmməd Salahın meydana çıxmadığı oyunda 90-cı dəqiqədə Ximenezin vurduğu qol Uruqvaya 3 xal qazandırıb.
A qrupu
Misir – Uruqvay - 0:1
Qol: Ximenez, 90
Yekaterinburq, Mərkəzi arena