Almaniya millisi Meksikaya məğlub olubDÇ-2018-də “F” qrupunun ilk görüşü keçirilib.
Moskvadakı "Lujniki" stadionunda dördqat dünya çempionu Almaniya Meksika millisi ilə üz-üzə qəlib.
Meksika millisinin oyunçusu Hirvinq Lozano qarşılaşmanın 35-ci dəqiqəsində hesabı açıb. İkinci hissədə hesab dəyişməyib. Beləliklə, Almaniya millisi mundiala məğlubiyyətlə başlayıb.
Almaniya – Meksika - 0:1
Qol: Irvinq Losan, 35
Hakimlər: Alireza Faqani, Reza Suhandan, Mohammedreza Mansuri (hamısı İran), Mohammed Mohammed (BƏƏ)
Moskva. “Lujniki” stadionu
///
Serbiya - Kosta-Rika - 1:0DÇ-2018-də “E” qrupunun ilk oyunu keçirilib.
Kosta-Rika komandası Serbiya yığması ilə üz-üzə gəlib.
Oyunu seneqallı hakim Diedhio Malanq idarə edib. Oskar Ramiresin baş məşqçi olduğu Kosta-Rikanın start heyətində meydana Kerlor Navas, Cankarlo Qonsales, Oskar Duarte, Djonni Akosta, Fransisko Kalvo, Kristian Qamboa, David Qusman, Selso Borxes, Xoan Veneqas, Brayan Ruis, Markos Urenya çıxıblar. Serbiya yığmasının ilk 11-liyində isə Vladimer Stoykoviç, Nikola Milenkoviç, Duşko Toşiç, Aleksandr Kolarov, Branislav İvanoviç, Nemanya Matiç, Luka Milivoeviç, Adem Lyaiç, Serqey Milikoviç-Saviç, Duşan Tadiç, Aleksandr Mitriviç yer alıblar. Serbiya millisinin məşqçisi Mladen Krıstaiçdir.
Birinci hissədə hesab açılmayıb. Fasilədən sonra serbiyalılar oyunun 57-ci dəqiqəsində öz istəklərinə çatıblar. Hakimin təyin etdiyi cərimə zərbəsini yerinə yetirən Aleksandr Kolarov baxımlı qola imza atıb. Qarşılıqlı hücumlar şəraitində keçən oyunun qalan dəqiqələrində hesab dəyişilməyib.
Beləliklə, Serbiya millisi mundialda ilk qələbəsini qazanıb.
Bu gün “E” qrupunun digər oyununda Braziliya və İsveçrə yığmaları qarşılaşacaqlar. Görüş Baki vaxtı ilə saat 22:00-da baş tutacaq.