Hacıqabulda yol qəzasında sürücü ölüb, 6 yaşlı övladı xəsarət alıb



Hacıqabulda baş verən qəzada ölən və xəsarət alan var.

 

Qəza Bakı-Qazax magistralının 115-ci kilometrliyində Hacıqabul şəhəri ərazisində qeydə alınıb.

 

“Tofaş” markalı "10 CC 011" dövlət nömrə nişanlı avtomobil sərt döngədə dəmir arakəsməyə çırpılıb.

 

Nəticədə sürücü - Lerik rayon sakini, 1990-cı il təvəllüdlü Şahpələngli Emil Sultanağa oğlu hadisə yerində ölüb, 6 yaşlı oğlu Əli isə xəstəxanaya yerləşdirilib.  

 

Faktla bağlı araşdırma aparılır.
















Şərhlər
Hadisə bölməsinin xəbərləri