Rumıniyanın nəqliyyat naziri azadlıqdan məhrum edilib

Rumıniyanın nəqliyyat naziri Relu Fenekyu barəsində 5 il azadlıqdan məhrum etmə hökmü çıxarılıb.

Naziri deputat olduğu dövrdə, yəni 2002-2005-ci illərdə nəzarət etdiyi şirkətin xətti ilə ölkənin energetika kompleksinə köhnə transformatorlar satmaqda günahlandırırlar. Onun hərəkətindən dövlətə 7 milyon rumın leyi (təxminən 2,5 milyon dollar) ziyan dəyib.
Şərhlər
Dünya bölməsinin xəbərləri