Rozanın geri qaytardığı maşının aqibəti..
- 20.06.2018, 15:56,
- Şou-biznes / Əsas
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Bilirsiz ki, şounun finalından sonra "MG"nin əməkdaşları bayram tətilinə ayrıldı. Mən elə bilirdim ki, maşının aqibəti 10-15 günə həll olunacaq. Amma 1 ay, 1 ay yarım ərzində "MG"nin rəhbəri Murad Dadaşov tərəfindən açıqlama veriləcək. Maşının həlli barədə məsləhətləri bərabər aparacağıq".
LIVE.Az bildirir ki, bu sözləri qafqazinfo-ya açıqlamasında müğənni Roza Zərgərli deyib. Sənətçi layihəni ərsəyə gətirən "MG" Pordakşınla danışıqlar apardığını bildirib:
"Müqaviləyə əsasən, mən maşını nə sata, nə kiməsə hədiyyə verə, nə də xeyriyyə məqsədi ilə istifadə edə bilərdim. Ya maşının aqibəti üçün "Nissan"a, ya da "MG"yə müraciət etməli idim. Murad Dadaşov mənə daha yaxın olduğu üçün onlara həvalə etdim. Bu il, həmçinin Dadaşovun rəhbər olduğu prodakşının 15 illiyidir.
Mənə elə gəlir ki, yubiley tədbiri ərəfəsində avtomobilin aqibəti həll olunacaq. Məgər maşının aqibəti insanları o qədərmi narahat edir? Qalib mənəm, mən də bildiyim kimi addım atdım. Onun aqibətinin nə olacağı barədə mən həyəcan keçirməliyəm. İnsanlar niyə narahat olur?"