"Xəzər Dəniz Gəmiçiliyi" 1,5 mlrd. dollara 72 gəmi alacaq

Yaxın 10 ildə "Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə 72 gəminin alınması nəzərdə tutulur, buna da təxminən 1,5 mlrd. dollar investisiya qoyulması tələb olunan investisiya paketimiz hazırdır.

 
Bunu "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev QSC-nin 5 illik fəaliyyəti üzrə hesabatla çıxış edərkən bildirib.
 

"Həmin paketimiz hal-hazırda dövlətdə müzakirə olunur, o paketin böyük bir hissəsinin Gəmiçiliyin birbaşa öz qazancı hesabına maliyyələşdirilməsi nəzərdə tutulur. Bir hissəsi isə dövlətimiz tərəfindən ayrılan dəstək hesabına maliyyələşəcək. Baxmayaraq ki, bizim əsas fəaliyyətimiz Xəzər dənizindədir, artıq həm Qara,  həm də Aralıq dənizində Azərbaycan bayrağı altında 13 gəmimiz üzür", - deyə R.Vəliyev vurğulayıb.
 

QSC sədri onu da əlavə edib ki, gəmiçilərin əmək haqqı son illər 370 manatdan 1300 manata kimi qalxıb.



APA
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri