"Alstom" Azərbaycan üçün ilk yük elektrovozunu təqdim edib
- 27.06.2018, 12:28,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Alstom" şirkətinin "Azərbaycan Dəmir Yolları" QSC üçün hazırladığı "T8 AZ8A" ilk yük elektrovozu Qara və Xəzər dənizləri arasında nəqliyyat əlaqəsinin inkişafına töhfə verəcək.
Trend-in məlumatına görə, bunu "Alstom"da Qərbi və Mərkəzi Asiya klasterinin idarəedici direktoru Bernard Pell elektrovozun təqdimatında deyib.
"Alstom" şirkəti "Azərbaycan Dəmir Yolları" üçün "Prima T8 AZ8A" ilk yük elektrovozunu təqdim edir. Lokomotivin təqdimatı "Astana" xüsusi iqtisadi zonasının ərazisində yerləşən EKZ zavodunda keçirilib.
B.Pell bildirib: "Biz "Azərbaycan Dəmir Yolları" ilə "Alstom" arasındakı əməkdaşlıqla fəxr edirik. Bunun nəticəsi "Alstom"un Qazaxıstandakı zavodunda Azərbaycan üçün ilk yük lokomotivinin hazırlanması oldu. Təqribən 3000 km uzunluğunda yolu və dəmir yolu sistemi ilə Azərbaycan mühüm əlaqələndirici halqadır və regionda nəqliyyat üzrə əməkdaşlıqda vacib rol oynayacaq".
Qeyd edək ki, bundan əvvəl Fransanın “Alstom” şirkəti Belfor şəhərində “Azərbaycan Dəmir Yolları” QSC üçün ilk “Prima M4” sərnişin lokomotivini təqdim etmişdi.