Stilist Pərviz Mirzəyev şou-biznesdə olan məşhurların imicini dəyişməkdə davam edir.
LIVE.az-ın məlumatına görə, imic ustası bu dəfə müğənni Afaq Aslanın stilini dəyişib. Pərviz Afaqın qara saçların açıq pariklə əvəzləyib. Makiyajını isə fərqli üslubda bəzəyib.
A.Aslan yeni imici barədə bu sözləri deyib: “Daim eyni üslubda olurdum. Pərvizin sayəsində imicimi 1 günlük də olsa dəyişdim. Evə gəldim və anam mənə dedi ki, Afaq, başqa adama oxşayırsan. Daim fərqlilik etmək lazımdır. Onun üçün də dəyişiklik etdirdim”.