Sürücülərin nəzərinə: hərəkət tam məhdudlaşdırılacaq

Sürücülərin nəzərinə: hərəkət tam məhdudlaşdırılacaq Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunda avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.

Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-dən Trend-ə bildiriblər ki, Hacıqabul - Bəhrəmtəpə avtomobil yolunun 9-cu km-də Kür çayı üzərindəki körpüdə asfalt - beton örtüyünün qoyulması ilə əlaqədar aprelin 24-dən 27-dək 3 gün müddətinə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Sürücülər alternativ yol kimi Sabirabad - Surra - Padar avtomobil yolundan istifadə edə bilərlər.

Hava şəraiti normal keçərsə, işlərin qeyd olunan vaxtda başa çatdırılması nəzərdə tutulub.
Şərhlər
Sosial bölməsinin xəbərləri