“Türk Hava Yolları” və “Neftçi” PFK arasında əməkdaşlığa dair müqavilə imzalanıb

“Türk Hava Yolları” və “Neftçi” PFK arasında əməkdaşlığa dair müqavilə imzalanıb


Bakı Olimpiya Stadionunda dünyanın ən çox ölkəsi və beynəlxalq istiqamətlər üzrə uçuşlar həyata keçirən “Türk Hava Yolları” aviaşirkəti və Azərbaycanın ən qədim futbol klublarından biri sayılan “Neftçi” futbol klubu arasında brend əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib.

İmzalanma mərasimində çıxış edən “Türk Hava Yolları”nın Bakı ofisinin rəhbəri Seyfullah İlyas tərəflər arasında imzalanmış müqavilənin əhəmiyyətindən danışıb və bildirib: “Biz “Türk Hava Yolları” olaraq hər zaman iki qardaş ölkə arasında mövcud olan sıx münasibətləri dəstəkləmişik, bu anlaşma da bunun daha bir bariz nümunəsidir və Azərbaycan və Türkiyə dövlətləri arasında dostluğu əks etdirir. Azərbaycan “Türk Hava Yolları” üçün sadəcə bir təyinat nöqtəsi deyil, biz ölkəmizə qarşı hiss etdiyimiz məsuliyyətin eynisini qardaş olkə olan Azərbaycan üçün də hiss edirik və bütün qəlbimizlə burada idmanın gələcəyinə inanırıq. “Neftçi” futbol klubu ilə imzaladığımız bu anlaşma sayəsində Azərbaycan futbolunun Türkiyə və bütün dünyada bir qədər də tanınmasından məmnunuq”.





“Türk Hava Yolları” ilə əməkdaşlıq “Neftçi” futbol klubunun tarixi və ümumilikdə bütün Azərbaycan futbol klubları üçün ilk qlobal sponsorluq hadisəsidir. Qlobal idman sponsorluqları ilə tanınan “Türk Hava Yolları” şirkəti “Neftçi” klubnunun parlaq gələcəyinə inanır və Azərbaycanda gənclər arasında futbolun təbliğinə və peşəkar futbola marağın artırılmasını dəstəkləyəcək.

İmzalanmış müqaviləyə əsasən, “Neftçi”nin oyunçuları “Türk Hava Yolları”nın loqosunun yer aldığı məşq formaları geyinəcək, bütün rəqəmsal kanallar isə “Türk Hava Yolları” haqqında məlumatlarla bölüşəcəklər. Bundan başqa, “Türk Hava Yolları”nın loqosu reklam bannerləri, biletlər və dəvətnamələrin üzərində yerləşdiriləcək. Hər iki tərəf üçün brendin inkişaf etdirilməsinə yönəldilən bu müqavilə əhatə dövrü ərzində yeni qarşılıqlı iş fəaliyyətlərinə açıq olcaq.

İdmanın müxtəlif millətlərdən olan insanları birləşdirmə gücünə və ilhamlandırılmasına inanan “Türk Hava Yolları” yerli və qlobal səviyyələrdə futbol, basketbol, reqbi və qolf kimi idman növlərini dəstəkləyir.







Şərhlər
İdman bölməsinin xəbərləri