Bakıda möcüzə: 4-cü mərtəbədən yıxılan körpə sağ qaldı

Ötən axşam saat 21:20 radələrində Bakının Nəsimi rayonu ərazisində 4-cü mərtəbədən yıxılan körpə möcüzə nəticəsində sağ qalıb.

Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsindən ANS-ə verilən məlumata görə, 5-ci m/r, A.Məhərrəmov küçəsi ev 5ünvanında yaşayan 2 yaş 6 aylıq Ramin Rəsulov 4-cü mərtəbədən yıxılıb. Ağır kəllə-beyin xəsarətləri alan körpə dərhal Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin səyi nəticəsində uşağın həyatını xilas etmək mümkün olub.

İlkin araşdırmalar zamanı uşağın ehtiyatsızlıqdan yıxıldığı məlum olub. Faktla bağlı araşdırmalar aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri