Pakistanda terror aktı nəticəsində ölənlərin sayı 128-ə çatıb


Pakistanın cənub-qərbində törədilən terror aktı nəticəsində ölənlərin sayı 128 nəfərə çatıb.

 
 APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 70 nəfərin öldüyü bildirilirdi. Hadisə nəticəsində 120 nəfər yaralanıb.

 
Mastunq şəhərində (Bəlucistan əyaləti) seçkiqabağı mitinq zamanı partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyi təsdiqlənib.


Hadisəyə görə İŞİD terror qruplaşması məsuliyyəti öz üzərinə götürüb.


///

Pakistanın Mastunq şəhərində (Bəlucistan əyaləti) seçkiqabağı mitinq zamanı partlayış baş verib.
 
APA-nın RT-yə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində azı 70 nəfər ölüb, 25 nəfər yaralanıb.
 
İlkin məlumata əsasən, partlayış zamanı yeni təsis edilən “Balochistan Awami Party” partiyasının lideri Navabzada Siray Raysanı həlak olub. Partlayışa görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.
 
Qeyd edək ki, iyulun 25-də Pakistanda növbəti parlament seçkiləri keçiriləcək.
Şərhlər
Dünya bölməsinin xəbərləri