Azərbaycan Avtomobil Yolları: Nəsimi rayonunda yolda çökməyə səbəb metro tikintisidir
- 15.07.2018, 15:48,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gecə Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində yolun hərəkət hissəsində çökmə qeydə alınıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin APA-ya verdiyi məlumata görə, çökmə 2-3 metr dərinlikdə və təqribən 150 kv.m sahədə baş verib.
Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyininəməkdaşları cəlb olunub. İlkin ehtimala görə, çökməyə səbəb yaxınlıqdaaparılan metro tikintisidir: "Hazırda əraziyə Dövlət Agentliyinin vəaidiyyəti qurumların əməkdaşları tərəfindən baxış keçirilir, çökməninsəbəbləri araşdırılır və fəsadların aradan qaldırılması istiqamətindəaddımlar atılır. Cəlil Məmmədquluzadə küçəsində baş vermiş çökməninsəbəbləri barədə araşdırmadan sonra dəqiq məlumat veriləcək".