Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçirilib
- 18.07.2018, 10:16,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunlarına start verilib. İlk oyun günündə 10 cüt meydana çıxıb.
Azərbaycan çempionu “Qarabağ”ın mümkün rəqibi “Valletta” ilə “Kukesi” arasında ikinci dueldə bəlli olub. Təmsilçimiz turu keçəcəyi halda albanlarla qarşılaşacaq.
“Qarabağ”ın “Olimpiya” ilə duelində məğlub olan komandanın rəqibi də bu gün rəsmiləşib. “Ludoqorets” ilk matçda 7 qol vurduğu “Kruzaders”i Avropa Liqasına göndərib.
Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunları
17 iyul
“Valletta” (Malta) - “Kukesi” (Albaniya) - 1:1
İlk oyun - 0:0
HİK (Helsinki, Finlandiya) - “Vikinqur” (Farer Adaları) - 3:1
İlk oyun – 2:1
“Hapoel” (Beer-Şeva, İsrail) - “Flora” (Tallin, Estoniya) - 3:1
İlk oyun – 4:1
“Malmö” (İsveç) - “Drita” (Kosovo) - 2:0
İlk oyun – 3:0
APOEL (Kipr) - “Suduva” (Litva) - 1:0
İlk oyun - 1:3
TNS (Uels) - “Şkendiya” (Makedoniya) - 4:0
İlk oyun – 0:5
“Videoton” (Macarıstan) - “Düdelanj” (Lüksemburq) - 2:1
İlk oyun – 1:1
“Srvena Zvezda” (Serbiya) - “Spartak” (Latviya) - 2:0
İlk oyun - 0:0
“Legiya” (Varşava, Polşa) - “Kork Siti” (İrlandiya) - 3:0
İlk oyun – 1:0
“Kruzaders” (Şimali İrlandiya) - “Ludoqorets” (Bolqarıstan) - 0:2
İlk oyun - 0:7
APA