Tiflisdə tarixi abidələrindən biri də Mirzə Fətəli Axundovdan yadigar qalmış evidir. Böyük dramaturq, Şəki şəhərində doğulsa da həyat və fəaliyyəti Tiflis şəhəri ilə bağlı olub. Muzey Kür çayının kənarında yerləşir. Lakin orada olan əşyaların çox az hissəsi dramaturqa aiddir.
Muzeyin direktoru, Leyla Əliyeva: “Binanı öz hesabına tikmişdir. Bu bina əvvəlcədən nə şəkildə olubsa həmin formada arxivdən çıxan materiallar əsasında bu şəkildə düzəldilibdi”.
Onun yaşadığı ev bir zamanlar çox bərbad gündə idi və evin bir hissəsində sadə insanların yaşaması onu muzey formasından çıxarmışdı. Lakin 2013 cü ildə Azərbaycan Neft Şirkətinin dəstəyi ilə orada yaşayan insanlar başqa evlərə köçürüldü. Bina isə təmir edilərək muzey formasına qaytarıldı. Arxiv şəkilləri əsasında Axundovun qonaq otağı yenidən bərpa olundu. Muzeydə onun övladlarının şəkilləri də var.
Muzeyin elmi işçisi, Leyla Çavqalova: “Onun qonaq otağının belə bir fotoşəkili aşkar edilib, həmin fotoşəkildə masa , guşə, bufet, masa, oturacaqlar, samovar dəsti, ayı dərisi, portretlə bütün bu əşyalar həmin şəkilə uyğun düzəldilib onun surəti olaraq hazırlanıb”.
Muzeydə musiqi otağı da yaradılıb. Bir zamanlar həmin evdə “Məclisi üns” adlı toplantılar təşkil olunurmuş. Həmin gecələrdə Mirzə Şəfi Vazeh, Şairə Xurşud Banu Natəvan, iştirak edirmişlər. Milli alətlərdən tar, kaman və qaval üçlüyünün guşəsi də yaradılıb. Dramaturqun iş otağındakı ona məxsus 5 əşya da yenidən bərpa olunaraq qorunub saxlanılır. Bunlar yazı masası, kitab dolabı, masa üzərindəki əlyazması, divar saatı və lampadır. Muzeydə Axundovun tərcüməçi işlədiyi dövrdə və hərbi xidmətdə alınmış medalları da saxlanılır. Əlifba layihəsi, müxtəlif dillərə tərcümə olunan əlyazmaları və çap edilmiş nüsxələrinin üz qabıqları var. Mirzə Fətəli Axundov yaşadğı yerə yaxın Botanika bağı adlanan ərazidə dəfn edilib. Axundovun övladları da onun məzarının yanında dəfn olunublar.