Çempionlar Liqası: III təsnifat mərhələsinin püşkü atılıb
- 23.07.2018, 16:13,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb. İsveçrənin Nyon şəhərindəki tədbirdə 32 komandanın potensial rəqibləri müəyyənləşib.
Püşkatma iki hissədən ibarət olub. 22 ölkənin ən yaxşısı Çempionlar yolu, liqalarında yüksək yer tutan 10 komanda Liqa yolunda rəqiblərini tanıyıb. II təsnifat mərhələsi başlamadığından püşkdə bu raundun cütləri və mübarizəyə birbaşa qoşulan 8 klub iştirak edib.
Azərbaycan çempionu “Qarabağ” Çempionlar yolunda mümkün rəqibinin kimliyini bilib. “Qarabağ”ın Albaniya “Kukesi”si ilə təşkil etdiyi cütün qalibi 3-cü raundda BATE (Belarus) – HİK (Finlandiya) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun Azərbaycan və ya Albaniyada keçiriləcək.
Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları 7-8 avqustda, cavab qarşılaşmaları isə 13-14 avqustda keçiriləcək.
Çempionlar Liqası
III təsnifat mərhələsi
Çempionlar yolu
“Seltik” (Şotlandiya) - “Rusenborq” (Norveç) cütünün qalibi - AEK (Yunanıstan)
“Zalsburq” (Avstriya) – “Şerif” (Moldova) – “Şkendiya” (Makedoniya) cütünün qalibi
“Srvena Zvezda” (Serbiya) – “Suduva” (Litva) cütünün qalibi - “Legiya” (Polşa) – “Spartak” (Slovakiya) cütünün qalibi
“Qarabağ” (Azərbaycan) – “Kukesi” (Albaniya) cütünün qalibi - BATE (Belarus) – HİK (Finlandiya) cütünün qalibi
“Astana” (Qazaxıstan) – “Midtulland” (Danimarka) cütünün qalibi -
“Dinamo” (Xorvatiya) – “Hapoel” (Beer-Şeva, İsrail) cütünün qalibi
“Malmö” (İsveç) – ÇFR (Rumıniya) cütünün qalibi - “Lüdoqorets” (Bolqarıstan) – “Videoton” (Macarıstan) cütünün qalibi
Liqa yolu
“Standard” (Belçika) - “Ayaks” (Hollandiya) – “Şturm” (Avstriya) cütünün qalibi
“Benfika” (Portuqaliya) - “Fənərbaxça” (Türkiyə)
“Slaviya” (Çexiya) - “Dinamo” (Kiyev, Ukrayna)
PAOK (Yunanıstan) – “Bazel” (İsveçrə) cütünün qalibi - “Spartak” (Moskva, Rusiya)
APA