Jurnalitlərin Peşə bayramı keçirildi




21 iyul Yeganə Şadlıq sarayında  ZUMRUD-M prodakşn Milli mətbuatın 143 ildönümü münasibəti ilə  növbəti  dəfə möhtəşəm Jurnalitlərin Peşə bayramı keçirildi.


Tədbirdə qonaq qismində olaraq,İndoneziyanın və Hindistanın səlahiyyətli səfirləri  iştirak etmişdilər.  


 Gecənin aparıcıları Şirməmməd Hüseynov  və Ramilə Eminli oldu.


Zümrüd Güləliqızının təşkil etdiyi tədbirdə bir çox tanınmış qələm sahibləri, aparıcilar, müğənnilər, aktyorlar bir neçə nominasiya üzrə Fəxri Diploma layiq görüldülər.


Onların içində- tanınmış aparıcılar Anar Orucev, Ceyhun Cümşüdov, Zabit Əliyev, gənc aparıcı Şirməmməd Hüseynov,  müğənnilər Elariz Məmmədoğlu, Çinarə Məlikzadə,Rəhmanovlar ailəsi, rəqqaslar- İlham Kərimli və Röya Əliyeva, populyar aktrisalar- Telli Hüseynova  və  Nahidə Orucova.


 Bizim live.az saytın müxbiri Həsənova Güneldə “İlin seçilən Jurnalisti” nominasiyasında təltif olundu.


Təltif olunan onlarca dəyərli qələm sahiblərinin adından Zümrud xanıma ən səmimi minnətdarlığmızı və təşəkkürumüzü bildiririk.












 
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri