“The Wall Street Journal”: ABŞ prezidenti iranlı həmkarı ilə birbaşa əlaqə yaratmaq istəyir

ABŞ prezidenti Barak Obama İranın yeni prezidenti Həsən Ruhani ilə birbaşa əlaqə yaratmaq istəyir. APA-nın “Fars” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-da nəşr olunan “The Wall Street Journal” qəzeti Ağ Evin adının çəkilməsini istəməyən yüksək səlahiyyətli rəsmisinə istinadən xəbər dərc edilib.

Məlumatda bildirilir ki, ABŞ prezidenti İranın mübahisəli nüvə proqramı mövzusunda iranlı həmkarı ilə birbaşa müzakirə aparmaq niyyətindədir. Qəzet bunu H. Ruhaninin bu il iyunun 14-də İranın yeni prezident seçildikdən sonra dünya ictimaiyyətinə müsbət siqnallar göndərməsi ilə əlaqələndirib.
Şərhlər
Dünya bölməsinin xəbərləri