ÇL-də II təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub
- 26.07.2018, 10:20,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin daha 5 oyunu keçirilib.
Bununla da ilk oyunlara yekun vurulub.
“Qarabağ”la yanaşı, Azərbaycan çempionunun III təsnifat mərhələsindəki potensial rəqibləri də meydana çıxıb. Belə ki, HİK Belarusda BATE-nin qonağı olub. Çempionumuzun oyununda olduğu kimi potensial rəqiblərinin qarşılaşmasında da azarkeşlər qola həsrət qalıblar - 0:0. “Ludoqorets” doğma arenasında “Videoton”un müqavimətini qıra bilməyib - 0:0.
"Şturm” isə Hollandiyada “Ayaks” sınağında 2 cavabsız qola üzülüb - 0:2. Son qarşılaşmada “Seltik”lə “Rusenborq” Şotlandiyada üz-üzə gəliblər. Meydan sahibləri 3:1 hesablı qələbəyə seviniblər.
Çempionlar Liqası II təsnifat mərhələsi, ilk oyunlar
25 iyul
BATE (Belarus) - HİK (Finlandiya) - 0:0 “Kukesi” (Albaniya) - “Qarabağ” (Azərbaycan) - 0:0 “Ludoqorets” (Bolqarıstan) - “Videoton” (Macarıstan) - 0:0 “Ayaks” (Hollandiya) – “Şturm” (Avstriya) - 2:0Qollar: Ziyeç, 15, Şone, 57
“Seltik” (Şotlandiya) - “Rusenborq” (Norveç) - 3:1 Qollar: Eduard, 43, 75, Ntçam, 46 - Melinq, 16
APA