"ABC News”: ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər

"ABŞ İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırdır və bu, avqust ayında baş verə bilər”.

 

APA-nın xəbərinə görə, bu barədə “ABC News” məlumat yayıb.

 

Avstraliya mümkün hədəflərin müəyyənləşdirilməsində ABŞ-a kömək etməyə hazırdır. Bu ölkə hökumətindən bildiriblər ki, əməliyyat hazırlığı zamanı Avstraliyanın hərbi obyektləri yəqin ki, hədəflərin seçilməsində iştirak edəcək. Analoji rolu Britaniya xüsusi xidmət orqanları da oynayacaq.

 

Avstraliyanın Şimal ərazisində xüsusilə məxfi kəşfiyyat obyekti var. Bu obyekt ABŞ, Kanada, Britaniya, Avstraliya və Yeni Zelandiya xüsusi xidmət orqanlarını birləşdirən “Beş göz” alyansının aparıcı obyektlərindən sayılır. Bu obyekt ABŞ casus peyklərinin idarə olunmasında rol oynayır. İrana hücum hazırlığı zamanı məhz bu obyektdən istifadə oluna bilər. Bundan başqa, Avstraliyanın çox tanınmayan geoməkan kəşfiyyatının analitiklərindən də istifadə olunacağı gözlənilir.

 

Bununla yanaşı, Avstraliyanın baş naziri Malkolm Törnbull bildirib ki, ABŞ-ın İranla müharibəyə hazırlaşdığını söyləməyə əsası yoxdur.
Şərhlər
Dünya bölməsinin xəbərləri