Ağalarovdan Zara ilə bağlı məsələyə münasibət

“Jara” festivalının təşkilatçısı Emin Ağalarov Rusiyanın əməkdar artisti Zaranın Bakıya gəlməyi məsələsinə münasibət bildirib.


Emin festivalın açılışı münasibətilə təşkil olunan mətbuat konfransında bildirib ki, buna münasibəti çox sadədir:


“Zara kürddür. Bu işdə neqativ görənlərin öz fikri var. Musiqi festivalı müsbət emosiya deməkdir. Mən bunun belə olmasını istəyirəm”.


Qeyd edək ki, sosial şəbəkələrdə Zaranın erməni əsilli olması və Bakıya gəlişinin doğru hesab edilməməsi haqda fikirlər səslənirdi.



Qafqazinfo
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri