Çempionlar Liqası: Pley-off mərhələsində “Qarabağ” üçün arzuolunmaz rəqib gəldi
- 06.08.2018, 15:06,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Nvbəti mərhələnin püşkatma mərasimində Çempionlar Liqasında çıxış edən "Qarabağ" - BATE cütünün də potensial rəqibi müəyyənləşib
"Qarabağ" BATE səddini keçsə, ən arzuolunmaz rəqiblə qarşılaşacaq.
Bu, Hollandiya vitse-çempionu PSV-di.
Püşkə görə ilk matçda "Qarabağ" meydan sahibi olacaq.
///
Bu gün avrokuboklarda pley-off mərhələsinin püşkü atılacaq.
LİVE.az xəbər verir ki, Bakı vaxtilə saat 14:00-da başlayacaq mərasimdə Çempionlar Liqasında çıxış edən "Qarabağ"ın da potensial rəqibi müəyyənləşəcək.
Qurban Qurbanovun komandası III təsnifat mərhələsində BATE səddini keçəcəyi təqdirdə, "səpələnməmişlər" səbətində yer alacaq. Bu halda təmsilçimiz pley-off-un püşkü zamanı səpələnmişlər səbətində yer alan PSV (Hollandiya), həmçinin "Zalsburq" (Avstriya) - "Şkendiya" (Makedoniya), "Seltik" (Şotlandiya) - AEK ("Yunanıstan), "Astana" (Qazaxıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya) cütlüklərinin qaliblərindən biri ilə düşə bilər
Çempionlar Liqası, pley-off mərhələsi