S&P Azərbaycanın qaz layihəsinin Albaniya üçün vacibliyi barədə
- 07.08.2018, 20:13,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Transadriatik boru kəməri (TAP) layihəsi Albaniyanın iqtisadi inkişafının əsasında dayanan layihələr sırasına daxildir.
Trend-in məlumatına görə, bu barədə “Standard & Poor's” beynəlxalq reytinq agentliyinin hesabatında deyilir.
Hesabatda qeyd olunur ki, Albaniyanın ümumi daxili məhsulunun yaxın 3 il ərzində real artımı 4 faiz səviyyəsində gözlənilir. Bu amil ölkəyə investisiyaların artması və xidmətlər ixracının artımı ilə əlaqədardır:
“Hazırda bir sıra investisiya layihəsi Albaniyanın iqtisadi inkişafını təmin edir. 2019-cu ildə başa çatacaq layihələr sırasına Albaniyanı İtaliya və Xəzər dənizi ilə birləşdirən TAP, eləcə də su elektrik stansiyasının tikintisi daxildir”.