Tramp İrana qarşı sanksiyaların "Cənub Qaz Dəhlizi"nə şamil edilməməsi barədə göstəriş verib

ABŞ-ın İrana qarşı tətbiq etdiyi yeni sanksiyalar "Cənub Qaz Dəhlizi" layihəsinə aid olmayacaq.

Bu barədə "S&P Global Platts" agentliyi ABŞ Prezidenti Donald Trampın müvafiq qərarına istinadən açıqlama yayıb.

Məlumatda bildirilir ki, BP “Cənub Qaz Dəhlizi” üçün təbii qaz mənbəyi olan Azərbaycanın “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsinə sanksiyaların şamil olunmaması məqsədilə icazə almaq istəyib. İranın “NICO” şirkəti isə “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsində 10 faiz paya malikdir. Bildirilir ki, ABŞ-ın noyabrın 4-dən qüvvəyə minəcək enerji sahəsinə aid yeni sanksiyaları İranla biznesi davam etdirən şirkətlərə aid olacaq.

Məlumatda qeyd edilir ki. D.Trampın qərarında “təbii qaz layihəsi istisna olunur” ifadəsi işlədilir ki, bu da “Cənub Qaz Dəhlizi”ni nəzərdə tutur.



Trend
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri