Qazaxıstan Azərbaycana türk ölkələri üçün vahid vizanın tətbiq olunmasını təklif edib
- 08.08.2018, 15:37,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Qazaxıstan Türkiyə, Azərbaycan və Qırğızıstana turistlər üçün nəzərdə tutulmuş “İpək yolu” vizasının tətbiq olunmasına çağırıb.
Qazaxıstan və Özbəkistan artıq bu cür razılaşma əldə edib.
Bu rejim İpək yolu turizm marşrutu ilə hərəkət edən turistlərə Qazaxıstan-Özbəkistan sərhədini keçməyi asanlaşdıracaq.
Qazaxıstan, Türkiyə, Azərbaycan və Qırğızıstan arasında multivizanın “Müasir İpək yolu” layihəsi çərçivəsində tətbiq edilməsi təklif olunur. Hazırda Türk Şurasına daxil olan ölkələr bu turizm məhsulu ilə bağlı təklifləri nəzərdən keçirir.
Qazaxıstanın mədəniyyət və idman naziri Arıstanbek Muhamediulı “İpək yolu” vizasının Şengen vizasının analoqu ola biləcəyini deyib. O, bu viza ilə bağlı təkliflərin sentyabrın 3-ü Qırğızıstanda keçiriləcək Türk Şurası dövlət başçılarının sammitində müzakirə olunacağını bildirib.
Trend