İstanbulda polis etiraz aksiyasını yatırmaq üçün su şırnağı və gözyaşardıcı qazdan istifadə edib

İstanbul polisi bu gün Gəzi parkının yaxınlığında keçirilən etiraz aksiyasını yatırarkən yenidən güc istifadə edib.

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu gün yüzlərlə insan hökumətin apardığı siyasətə etiraz bildirmək məqsədilə yenidən İstanbulun mərkəzinə toplaşıb. Aksiyaya əsas səbəb hökumətin Mühəndis və Memarlar Assosiasiyasının şəhərdə yenidənqurma layihələrini təsdiqləmək hüququnun ləğvini nəzərdə tutan qanunu qəbul etmək qərarı olub.

Aksiyanı yatırmaq üçün polis su şırnağı və gözyaşardıcı qazdan istifadə edib.

Aksiya fəallarının saxlanılması barədə xəbər verilmir.
Şərhlər
Dünya bölməsinin xəbərləri