Tailandda rahibə 114 il həbs cəzası verilib


Tailandda məhkəmə keçmiş rahibi 114 il müddətinə azadlıqdan məhrum edib.

Trend-in məlumatına görə, rahib fırıldaqçılıq, çirkli pulların yuyulması və kompüterdən istifadə etməklə cinayət törətməkdə ittiham olunub.

Fırıldaqçılığa görə rahibə 87 il, çirkli pulların yuyulmasına görə 24 il, kompüterlə cinayətə görə 3 il cəza verilib. Tailand qanunvericiliyinə əsasən o, 20 il həbsxanada yatacaq.

Qeyd olunur ki, 39 yaşlı rahib məbədə verilən ianələri öz hesabına keçirib. Məhkəmə həmçinin rahibdən fırıldaq qurbanlarına 900 min dollara yaxın təzminat ödəməyi tələb edib.
Şərhlər
Dünya bölməsinin xəbərləri