Misir prokurorluğu keçmiş prezident Məhəmməd Mursi barəsində cinayət işi açıb

Misir prokurorluğu keçmiş prezident Məhəmməd Mursi barəsində cinayət işinin başlanılması barədə açıqlama ilə çıxış edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Məhəmməd Mursi casusluq, zorakılığa təhrikçilik və dövlətin iqtisadiyyatına ciddi zərər vurmaqda ittiham olunur.

Qeyd edək ki, Məhəmməd Mursi həbs olunandan sonra Milli ordu birləşmələrinin nəzarəti altında məxfi yerdə saxlanılır. Bu günədək ona qarşı heç bir ittiham irəli sürülməmişdi.

Prokurorluğun bəyanatında qeyd olunub ki, Mursidən savayı istintaq həmçinin “Müsəlman qardaşlar”ın təşkilatın lideri Məhəmməd Badia da daxil olmaqla digər 8 üzvünə qarşı da aparılacaq. Cinayət işinin başlanmasına səbəb olan iddiaçıların şəxsiyyəti açıqlanmır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri