Texniki baxışdan keçməyən 122 sürücü cərimələnib
- 21.08.2018, 16:31,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı şəhərində təyin edilmiş müddət ərzində avtomobilini texniki baxışdan keçirməyən 122 sürücü ilə bağlı inzibati protokol tərtib edilib.
Bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
Qeyd edək ki, minik avtomobilləri 1 may - 31 iyul tarixləri aralığında texniki baxışdan keçməli idi. Qanunvericiliyə əsasən, minik avtomobilləri istehsal olunduğu vaxtdan hesablanmaqla 5-ci, 7-ci, 9-cu, 11-ci ildə və bundan sonrakı müddətdə hər il texniki baxışdan keçirilməlidir.
Texniki baxışdan keçməməyə görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə olunur.