"Qarabağ" "Şerif"lə ilk oyunda minimal hesabla məğlub oldu
- 23.08.2018, 23:12,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
UEFA Avropa Liqasının "play-off" mərhələsinin ilk oyunları çərçivəsində Azərbaycanın "Qarabağ" klubu Moldovanın "Şerif" klubunun qonağı olub.
Trend-in məlumatına görə, oyun Moldova təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyundakı yeganə qolu 8-ci dəqiqədə ev sahibinin yarımmüdafiəçisi R.Kapiç vurub.
Qeyd edək ki, "play-off" mərhələsinin cavab oyunları avqustun 30-u keçiriləcək.