Bakıda 16 yaşlı qız gecə saatlarında itkin düşüb
- 29.08.2018, 17:21,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda gənc qız gecə saatlarında itkin düşüb.
Xətai rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, hadisə avqustun 28-də baş verib.
Rayonun R.Məmmədov küçəsi, ev 6, mənzil 31-də yaşayan, 1979-cu il təvəllüdlü Məmmədova Pərvanə Yusif qızı Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsinə müraciət edərək bildirib ki, avqustun 28-də gecə saat 02:00 radələrində onunla birgə yaşayan qızı, 2002-ci il təvəllüdlü Məmmədova Bənzər Ceyhun qızı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsində araşdırma aparılır.