Tbilisi prospektindəki yolun yenidənqurmadan sonra açılışı olub

Tbilisi prospektindəki yolun yenidənqurmadan sonra açılışı olub Tbilisi prospektinin Salamzadə və Ş.Mehtiyev küçələrilə kəsişmələri arasındakı yolun yenidənqurmadan sonra açılışı olub.

Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

O, deyib ki, artıq həmin ərazidəki beton maneələr götürülüb və maşınların sərbəst hərəkəti təmin edilib.

Qeyd edək ki, yenidənqurmadan sonra sözügedən yolda yeni dönmə əməliyyatı da yaradılıb.
Şərhlər
Sosial bölməsinin xəbərləri