Kolumbiyalı müğənni Maluma Renkanın videosunu paylaşdı




Kolumbiyalı müğənni, söz yazarı və prodüser Maluma instaqram səhifəsində azərbaycanlı rəqqasə Renkanın ( Rəna Ağamuradova) videosunu paylaşıb.

23 yaşlı ifaçı son layihəsi olan “Mala Mia”nın sədaları altında rəqs edən həmyerlimizə dəstək olub.



Maluma 35 milyonluq instaqram səhifəsində Renkanın görüntülərini izləyiciləri ilə bölüşüb. Həmin videoya yarım milyona yaxın insan baxıb, 300-ə yaxın şərh yazılıb.

Qeyd edək ki, populyar ifaçının “Mala Mia” adlı klipini  son bir ayda 63 milyon insan tərəfindən izlənilib.



Qafqazinfo
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri