“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində rəqibləri İngiltərənin “Arsenal” və Portuqaliyanın “Sportinq” klubları UEFA-ya sifariş ərizəsi təqdim ediblər.
UEFA-nın rəsmi saytında xəbər verilir ki, London təmsilçisinin heyətində qapıçılar - Petr Çex, Bern Leno, Emiliano Martines, Deyan İliev, müdafiəçilər - Hektor Bellerin, Sokratis Papastatopulos, Loren Koselni, Ştefan Lixtştayner, Rob Holdinq, Naço Monreal, Şkodran Mustafi, Karl Cenkinson, Konstantinos Mavropanos, Sead Kolaşinaç, yarımmüdafiəçilər - Məhəmməd Elneni, Henrix Mxitaryan, Aron Remzi, Mesut Özil, Lukas Torreyra, Aleks İvobi, Metteo Qenduzi, Qranit Caka, hücumçular - Aleksandr Lyakazett, Emerik Obameyanq və Dənni Uelbek yer alıblar.
Portuqaliyanın “Sportinq” klubunun sifariş ərizəsinə isə qapıçıarlar - Emiliano Viviano, Roman Salen, Renan Ribeyro, müdafiəçilər - Sebastyan Koates, Cefferson Nasimento, Andrea Pintu, Stefan Ristovski, Jeremi Matyü, Brunu Qaşpar, yarımmüdafiəçilər - Brunu Fernandeş, Markos Akunya, Rodriqo Battalya, Rafinya, Padosav Petroviç, Markus Vandel Vale da Silva, Nemanya Qudel, hücumçular - Fredi Montero, Luiş Nani, Karluş Mane, Abdulay Diabi və Bas Dostun adı daxil edilib.
Qeyd edək ki, “Qarabağ” ilk oyununu sentyabrın 20-də Portuqaliyada “Sportinq” komandasına qarşı keçirəcək. “E” qrupunun digər oyununda İngiltərənin “Arsenal” və Ukraynanın “Vorskla” komandaları üz üzə gələcəklər.
AZƏRTAC